İsveç hökuməti ölkə bələdiyyələri qarşısında böhran anında vətəndaşların təminatı üçün ikihəftəlik ehtiyatların toplanması tələbini qoymağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, müvafiq məlumat dövlət rəhbərliyinin rəsmi internet səhifəsində dərc olunan yeni qanun layihəsində öz əksini tapıb.
Bələdiyyələr və regionlar insan həyatı və sağlamlığı üçün vacib fəaliyyətləri ən azı iki həftə ərzində, əsasən, öz resurslarından istifadə edərək davam etdirə bilməlidirlər.
Söhbət uşaq bağçalarında, məktəblərdə və digər təhsil müəssisələrində, qocalar evlərində və əlilliyi olan insanlar üçün müəssisələrdə, eləcə də tibb və digər müəssisələrdə qidalanmanın təşkilindən gedir.
Böhran vəziyyətlərinə hazırlıq məqsədi daşıyan bu qanunvericilik təşəbbüsü İsveçdəki, eləcə də qlobal miqyasdakı mövcud təhlükəsizlik mühiti ilə əlaqələndirilir.