İsveçin Baş naziri Ulf Kristersson ölkənin 2022-ci ildə Şimali Atlantika Alyansına (NATO) qəbulu ilə bağlı sənədlərin olduğu qovluğu Stokholm-Arlanda Beynəlxalq Hava Limanında unudub.
Oxu.Az xəbər verir ki, bu barədə "Dagens Nyheter" məlumat yayıb.
"Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra baş nazirin məxfi sənədləri olan qovluğunun bir nüsxəsi Arlanda hava limanında qalıb", - deyə məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, təmizlikçi xanım qovluğu hava limanının tualetində tapıb. Orada İsveçin NATO-ya qoşulması ilə bağlı Türkiyə ilə aparılan danışıqlara dair məlumatlar olub. İsveç hakimiyyəti materialların məxfi olmadığını iddia edir.
Xatırladaq ki, İsveç 2024-cü il martın 7-də NATO-ya üzv olub.