İsveçrə hökuməti Kran-Montanda baş verən faciənin terror aktı olmasını istisna edir.
Oxu.Az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə vilayətin baş prokuroru Beatris Pillu bildirib.
Mənbələrin bildirdiyinə görə, hadisəyə səbəb "pirotexniki vasitələrlə ehtiyatsız davranış" ola bilər.
İsveçrədə dağ xizək kurortunda baş verən partlayışda azı 40 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Nouvelliste" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə zamanı xəsarət alanların sayı 100 nəfərdən çoxdur.
İsveçrədə barda təşkil olunan Yeni il şənliyində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, partlayış yanvarın 1-nə keçən gecə "Le Constellation" adlı ikimərtəbəli barda baş verib. Partlayışdan sonra binada böyük yanğın başlayıb.
Hadisə yerində olan şahidlər və təcili yardım işçiləri onlarla ağır yaralı və ölənlərin olduğunu bildiriblər.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Lakin sosial media və yerli mənbələr iddia edir ki, bayram şənliyi zamanı barda pirotexniki avadanlıqlardan istifadə yanğına səbəb olub.
İsveçrənin Vale bölgəsində Kran-Montana dağ xizəyi kurortunda baş verən partlayış nəticəsində bir neçə nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli polisə istinadən məlumat yayıb.
"Hələlik məlum olmayan səbəbdən partlayış baş verib. Bir neçə nəfər ölüb, xəsarət alanlar var", - deyə polisdən bildirilib.
Ölən və xəsarət alanların dəqiq sayı açıqlanmayıb.