İtaliya Fransa Prezidenti Emmanuel Makronun 2026-cı ilin payızı üçün elan etdiyi "Könüllülərin koalisiyası" təlimlərində iştirak etməyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "La Repubblica" qəzeti İtaliya hökumətindəki mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, Roma sözügedən təşəbbüsə qoşulmayacaq. Bu, Ukraynaya qoşun göndərilməsinə qarşı çıxan hökumətin və onun rəhbəri Corcia Meloninin mövqeyinə uyğun gəlir.
Qeyd edək ki, Makron oktyabr-noyabr aylarında keçiriləcək birgə təlimlər barədə koalisiya liderlərinin bir gün əvvəl Kiyevin iştirakı ilə videokonfrans formatında keçirilən görüşü zamanı elan edib.