İtaliyanın paytaxtı Roma yaxınlığında orta və böyük kalibrli sursatların istehsal edildiyi müəssisədə partlayış baş verib.
Oxu.Az ANSA agentliyinə istinadən xəbər verir ki, söhbət hazırda "KNDS Ammo Italy" şirkətinə məxsus olan keçmiş "Sammel Difesa" zavodundan gedir.
Məlumata əsasən, partlayış nəticəsində yanğın baş verib.
Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası çalışır. Alovun söndürülməsi hələlik çətinliklə həyata keçirilir.
Qaynar xətt:
(055) 224 12 12