Türkiyənin Kahramanmaraş bölgəsində Əmrah A. adlı şəxs dayısını və xalası oğlunu güllələyib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Əmrah A.-nın dayısı Əli Ekşi ailənin saxladığı itin yaxınlıqdakı nəqliyyat vasitələrinə zərər vurduğunu bildirdikdən sonra tərəflər arasında dava düşüb. Davaya Əmrah A.-nın xalası oğlu Fəthullah Ekşi də qoşulub. Əmrah A. onların hər ikisini başından odlu silahla vurub.
Hadisə yerinə yollanan polis hər iki kişinin ölümünü qeydə alıb. Faktla bağlı araşdırma başladılıb.