Rusiyanın NTV telekanalı Suriyanın Deyr-əz-Zor vilayətində yaralanan jurnalistlərin görüntülərini yayıb.
Oxu.Az-ın xəbərinə görə, kadrlarda fuqas mərmisinin partlamasından sonra yaralanan hərbçi və jurnalistlərə ilkin tibbi yardım göstərilir.
Xatırladaq ki, noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.
Rusiyaya qayıdan kimi yaralıların hamısı xəstəxanaya göndərilib. Həkimlərin sözlərinə görə, onların həyatına heç bir təhlükə yoxdur.
S.B.
www.oxu.az