Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri Meksikanın əhalisi 256 min nəfər olan Los-Moçis şəhərindən 108 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qaynar xətt:
(055) 224 12 12