ABŞ-nin Kaliforniya ştatının El-Sequndo şəhərindəki neft emalı zavodunda partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Los Angeles Times" nəşri məlumat verib.
Məlumata görə, partlayışdan sonra müəssisədə yanğın başlayıb və alovlar kilometrlərlə uzaqdan müşahidə olunub.
Partlayışın səbəbi məlum deyil.
Hadisənin, çox güman ki, "Chevron" neft emalı zavodundan getdiyi də qeyd edilir.
Kaliforniyada neft emalı zavodunda güclü partlayış baş verib
