Keçmiş SSRİ-nin DTK mayoru Viktor Şeymov ABŞ-da vəfat edib.
73 yaşlı keçmiş DTK mayoru 1980-ci ildə SSRİ-dən ABŞ-a qaçıb.
“The Washington Post” yazır ki, onun ölüm səbəbi ağciyərində olan xəstəliyin ağırlaşmasıdır.
Qeyd edək ki, o, kriptoqrafika və rabitə təhlükəsizliyi sahəsində mütəxəssis kimi xaricdəki səfirliklərə xidmət göstərib.
1980-ci ildə həyat yoldaşı və qızı ilə birlikdə ABŞ-a qaçıb və burada Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olub.