Kiprdə 5.2 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ bu gün Bakı vaxtı ilə 13:31-də qeydə alınıb.
Yeraltı təkanların episentri 200 min əhalisi olan Limasol şəhərindən 48 km qərbdə olub. Zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.
Təbiət hadisəsi paytaxt Nikosiyada da hiss olunub - evlərdə qab-qacaq cingildəyib, mebel və çilçıraqlar yellənib.
İtki və dağıntı barədə məlumat yoxdur.