Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə bitib - 3:0 (25:7, 25:5, 25:9). Bu qələbə ilə millimiz finala vəsiqə qazanıb.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.
Xatırladaq ki, yığmamız daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.