Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kişineuda terror aktını Tacikistan vətəndaşı törədib: “Vaqner” üzvü olduğu iddia edilir - YENİLƏNİB + VİDEO
Kişineuda hava limanında iki nəfəri güllələyən şəxs “Vaqner” Özəl Hərbi Şirkətinin döyüşçüsü olub.
Belə bir iddia ilə Moldovanın “Pulsmedia” nəşri çıxış edib.
Məlumata görə, “Vaqner”çi hava limanında bir neçə dəfə atəş açıb və iki nəfəri öldürüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Bildirilir ki, Moldova Prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.
Moldovanın Baş naziri Dorin Reçeanın sözlərinə görə, Kişineu hava limanında atışmanı Tacikistan vətəndaşı təşkil edib.
Onun sözlərinə görə, insident nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.
19:31
Kişineu Beynəlxalq Hava Limanında insident baş verib. Nəticədə iki nəfər ölüb.
Moldova Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Respublika ərazisinə buraxılmayan əcnəbi vətəndaş odlu silahdan istifadə edib.
KİV-də yayılan xəbərlərə görə, yerli sərhədçi hava limanında öz tapançası ilə güllələnib. Əcnəbi şəxsin Türkiyədən gələn 46 yaşlı Ukrayna vətəndaşı olduğu bildirilir.
Məlumata görə, o, hava limanında barrikadalar qurub və digər insanları girov götürüb.
Ərazi polis tərəfindən mühasirəyə alınıb. Xüsusi xidmət orqanları binaya basqın edərək cinayətkarı ələ keçiriblər. Onun yaralandığı və saxlanıldığı qeyd olunur.

Mənbə: TASS
"Ukrayna" teqi üzrə xəbərlər
- Qərbin peyk məlumatları üzrə mütəxəssisləri Ukraynanı tərk ediblər
- Səudiyyə Ərəbistanı təsdiqlədi: ABŞ-Ukrayna görüşü Ciddədə baş tutacaq
- Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi