91 yaşlı Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah xəstəxanaya yerləşdirilib.
“RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat yayıb.
Mənbə yazır ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilən Küveyt Əmiri hazırda özünü yaxşı hiss edir.
Qeyd edək ki, ötən il ABŞ Prezidenti Donald Trampla görüşmək istəyən Küveyt əmiri səhhətində yaranan problemlərə görə Vaşinqtona səfərini təxirə salmışdı.