Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
KİV: İsrail HƏMAS ilə atəşkəs danışıqlarının şərtlərini yumşaldıb
İsrail diplomatları tezliklə Qəzza zolağında sülhün bərqərar olunması və girovların azad edilməsi ilə bağlı daha yumşaq mövqe nümayiş etdirəcəklər.
Bununla bağlı iki mənbəyə istinadən məlumat yayılıb.
Danışıq aparanlar birinci mərhələdə geri qaytarılmalı məhbusların minimum sayını azaltmağa hazırdırlar.
Həmçinin, diplomatlar davamlı atəşkəs rejimini müzakirə etməyə hazırdırlar. Məlumata görə, yaxın vaxtlarda Qətər hakimiyyəti İsrailin təklifini HƏMAS nümayəndələrinə çatdıracaq. Tərəflər sonuncu dəfə üç həftə əvvəl atəşkəs barədə razılığa gəlməyə çalışıblar, lakin sonra danışıqlar nəticə verməyib.
Mənbə: Axios
Rəylər