Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Olimpiadaya universal lisenziya alan Azərbaycan təmsilçisinin adı açıqlandı
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında "Paris-2024"də iştirak hüququ verən universal lisenziya göndərib.
Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Qeyd edək ki, bu, ölkəmizi qılıncoynatma idmanında təmsil edən idmançılar üçün ardıcıl dördüncü, ümumilikdə isə beşinci olimpiada olacaq. Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta dördilliyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil ediblər.
Rəylər