Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yelisey Sarayından açıqlama: Makron istefa verir?
"Fransa Prezidenti Emmanuel Makron istefa vermək niyyətində deyil".
Bu barədə Yelisey Sarayından Makronun istefa vermək niyyətində olduğu ilə bağlı yayılan xəbərlərə şərh olaraq məlumat verilib.
Qeyd edək ki, daha əvvəl Makronun öz yaxın ətrafı ilə istefası ilə bağlı müzakirələr apardığına dair xəbərlər yayılıb.
Mənbə: NEWS.ru
Fransa Prezidenti Emmanuel Makron parlamentdə sağçıların qələbəsi halında dövlət başçısı vəzifəsindən istefaya getmək ehtimalını ətrafındakılarla müzakirə edir.
Bu barədə "Europe 1" radiosu Makrona yaxın olan mənbəyə istinadən xəbər verib.
"Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenarilərə baxmaq lazımdır. O, öz beşillik müddətinin sonunu qurban verməyə hazırdır", - deyə mənbə bildirilib.
Eyni zamanda, radio vurğulayır ki, istefaya getmək prezident üçün arzuolunmaz variantdır.
Xatırladaq ki, iyunun 9-da Makron Avropa Parlamentinə seçkidə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanın (Fransa parlamentinin Aşağı Palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib. Seçkinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək. Parlamentin Aşağı Palatası bundan əvvəl 1997-ci ildə prezident Jak Şirak tərəfindən buraxılıb.
Rəylər