Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Konqoda həbsxana qiyamının dəhşətli nəticələri: Yanğın, izdiham və qadınların zorlanması...
Konqo Demokratik Respublikasında (KDR) həbsxanadan qaçış cəhdi zamanı təxminən 129 nəfər həlak olub və təxminən 60 nəfər xəsarət alıb.
Oxu.Az-ın nsn.fm-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş nazirinin müavini - daxili işlər və dövlət təhlükəsizliyi naziri Jakmen Şabani məlumat verib.
Onun sözlərinə görə, qiyam fonunda yanğınlar baş verib, bəzi inzibati obyektlər və ərzaq anbarları məhv edilib.
"İlkin məlumatlara görə, 129 nəfər həlak olub. Onlardan 24-ü xəbərdarlıqdan sonra odlu silah yaralanmasından həlak olub, qalanları isə izdiham və ya boğulma nəticəsində ölüb. Bundan əlavə, 59 nəfərin xəsarət aldığını müəyyən etmişik", - deyə Şabani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, qadınların zorlanması halları da qeydə alınıb.
Hakimiyyət orqanları baş verənlərin şəraitini araşdırır.
"Konqo Demokratik Respublikası (KDR)" teqi üzrə xəbərlər
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- Konqoda naməlum xəstəlik 140-dan çox insanın ölümünə səbəb olub
- Konqo prezidenti: "COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri yeni ideyalar təqdim edəcəklər"
- Qanada Səhiyyə Nazirliyi öpüşmək və cinsi əlaqədən imtina etməyə çağırıb
- Konqoda konsert zamanı izdiham: Ölənlər var
Rəylər