Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Konqres Trampın tariflərlə bağlı qərarını ləğv edə bilər
"ABŞ Konqresi sadə səs çoxluğu ilə Prezident Donald Tramp tərəfindən tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edə və bununla da onun idxal rüsumları haqqında qərarını ləğv edə bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə senator Elizabet Uorren (Massaçusetsdən demokrat) MSNBC telekanalının efirində bəyan edib.
O, bildirib ki, əslində, konqres tariflərin tətbiqi haqqında qərarı təsdiqləməlidir.
"Konqres Donald Trampa (iqtisadiyyatda) fövqəladə səlahiyyətlər verib, lakin sadə səs çoxluğu ilə fövqəladə vəziyyətin olmadığını bəyan etmək və bununla da onu bütün bu tarifləri tətbiq etmək imkanından məhrum etmək hüququna malikdir. İndi bütün demokratlar ABŞ-nin fövqəladə vəziyyətdə olmadığını elan etməyə hazırdırlar. Biz Fransa, Kanada, İtaliya, Yaponiya və ya Cənubi Koreya ilə müharibə aparmırıq. Əgər bir neçə respublikaçı bizi dəstəkləsə, Donald Trampın yaratdığı və iqtisadiyyatımızı uçuruma sürükləyən bu tarif fəlakətinə son qoymaq üçün kifayət qədər gücümüz olacaq", - deyə qanunverici əlavə edib.
Xatırladaq ki, aprelin 3-də Tramp iqtisadiyyatdakı əlverişsiz vəziyyət və ticarət balansının kəsiri ilə əlaqədar ABŞ-də fövqəladə vəziyyət rejimi tətbiq edib, bu ABŞ administrasiyasına digər ölkələrdən idxala rüsumlar tətbiq etməyə imkan verir.
Aprelin 2-də ABŞ prezidenti 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq olunmasını elan edib. 10% universal tariflər aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan əlavə, Tramp administrasiyası aprelin 3-dən bütün avtomobil idxalına 25% rüsum tətbiq edib.
"İdxal-ixrac rüsumları" teqi üzrə xəbərlər
- "General Motors" Çinə avtomobil tədarükünü dayandırır
- Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur
- Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir
- ABŞ 18 ölkə ilə ticarət razılaşmalarına nail olmağı planlaşdırır - Siyahıda hansı ölkələr yoxdur?
- Tramp: "Bir çox dünya liderləri rüsumları azaltmağı xahiş edirlər"