Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lavrov: "Miqrantların sayını azaltmaq Rusiyanın maraqlarına uyğun deyil"
Rusiyada əmək miqrantlarının sayının azaldılması tədbirlərinin ölkənin maraqlarına cavab verməsi ehtimalı azdır, lakin cinayətkarlıq meyllərinin formalaşmasına yol vermək olmaz.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, mövcud işçi qüvvəsi çatışmazlığını nəzərə alaraq, əmək miqrantlarının sayının azaldılması tədbirləri Rusiyada inkişaf planlarını daha az real edə bilər.
"Lakin problemin ikinci hissəsi Rusiya qanunlarına riayət edilməsi və əmək miqrantları arasında kriminal meyllərin formalaşmasının qarşısının alınmasıdır. Belə hallara da rast gəlinir", - deyə nazir qeyd edib.
"Rusiyada miqrantlar" teqi üzrə xəbərlər
- Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni sənədlə bağlı tələblər gəlir
- Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
- Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif olunur
- Rusiyada qanunsuz miqrantların leqallaşdırılması mərkəzi ləğv edildi
- Rusiya ölkədə olan miqrantların leqallaşdırma müddətini sentyabra qədər UZATDI