Livanın yeni baş naziri “Müstəkbəl” süni partiyasının lideri Saad Hariri oldu.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti administrasiyasının bəyanatında deyilir.
“Lazımi parlament konsultasiyalarından sonra prezident Saad Haririyə hökumətin qurulmasını tapşırıb”, - bəyanatda deyilir.
Saad Hariri Livanın qətlə yetirilmiş baş naziri Rafiq Haririnin oğludur, atasının ölümündən sonra milyardçı Saad Hariri atasının təsis etdiyi “Gələcək üçün hərəkat”a rəhbərlik edib.
N.O.
www.oxu.az