Sentyabrın 3-dən başlayaraq London sakinləri üçün ilk dəfə sürücüsü olmayan nəqliyyat vasitələrindən istifadə imkanı yaradılıb.
Oxu.Az-ın gbnews.com portalına istinadən məlumatına görə, yerli şirkət nəzarət altında həyata keçirilən avtonom gəzintilərə start verib. Taksi sifariş edən müştərilər heç bir əlavə ödəniş etmədən "Wayve ride" xidmətindən yararlana bilərlər.
Sərnişinlərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan yeni elektromobillər süni intellekt sistemi ("Wayve AI driver"), onlarla sensor və 64 dil dəstəyi ilə təchiz edilib. Səlahiyyətli şəxslərin fikrincə, London ərazisində robot-taksilərin fəaliyyətə başlaması sürücüsüz avtomobil sənayesinin təkamülündə əhəmiyyətli addımdır.