Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ukraynalı həmkarı Pyotr Poroşenko nə istəsə, onu edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Belarusun dövlət agentliyi olan BELTA xəbər yayıb.
“Ukrayna prezidenti nə istəsə, açıq şəkildə deyirəm, biz bunu həmişə etmişik. Və bundan sonra da belə olacaq”, - deyə, Lukaşenko iki prezidentin Kiyev görüşündə bildirib.
Belarus lideri əlavə edib ki, onlar Poroşenko ilə qonşu və “doğma adamlardır”.
“İstəyirəm Ukraynada hər şey yaxşı olsun. Çoxları bunu hansısa oyun yaxud buna bənzər bir şey kimi başa düşürlər. Mən isə bilirəm ki, siz bunu belə qəbul etmirsiz. Siz prezidentsiniz, sizin üçün ağrılıdır. Elə həmin üçün də. Və mən bu məqamdan çıxış edirəm”, - deyə, Lukaşenko bildirib.