Macarıstan Ukraynaya qaz verilişini qeyri-müəyyən müddətə dayandırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya Ukraynaya verdiyi qazı kəsəndən sonra mavi yanacağı Macarıstan, Polşa və Slovakiyadan alırdı. Macarıstanın başlıca qaz şirkəti bu addımın ölkədə qaza tələbatın çoxalması səbəbi ilə qaz ixracını dayandırdığını bildirib. Bu arada Almaniyanın paytaxtı Berlində Rusiya və Ukrayna nümayəndələri Ukraynaya qazın nəqlinin bərpa olunması ilə bağlı müzakirələrə başlayıblar.
Rusiyanın “Qazprom” şirkəti rəsmi Kiyevin 4 milyard yarım dollar borcu olduğuna görə bu ölkəyə qaz satışını dayandırdığını bəyan etmişdi. Əslində isə iki ölkə arasında qaz məsələsində sonuncu anlaşılmazlıq Ukraynada Viktor Yanukoviçin prezident postundan devrilməsi ilə nəticələnən siyasi böhrandan sonra yaranıb.