Türkiyənin Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın partiyasından getməsinin ardınca paytaxtda Cümhuriyyət Xalq Partiyasından (CHP) daha altı istefa xəbəri yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Beypazarı, Kalecik, Polatlı, Ayaş, Şereflikoçhisar və Güdül rayonlarının bələdiyyə rəhbərləri də CHP-dən ayrıldıqlarını elan ediblər.
Qeyd edək ki, Mansur Yavaş bu gün verdiyi bəyanatda CHP üzvlüyündən çıxdığını və siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib. Yavaş hazırkı bələdiyyə sədri vəzifəsini icra etməkdə davam edəcəyini xüsusi vurğulayıb.