Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mariya Zaxarovadan Qərbə xəbərdarlıq
"Xarici qoşunların Ukrayna ərazisinə göndərilməsi nüvə gücləri arasında birbaşa toqquşmaya gətirib çıxaracaq və fəlakətli nəticələrə səbəb olacaq".
Oxu.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Fransa müdafiə naziri Sebastyan Lekornyu Ukraynaya xarici qoşunların göndərilməsi ideyası ilə oynamağa çalışan yeganə Qərb nümayəndəsi deyil. Bu təşəbbüsün həyata keçirilməsinin nəyə gətirib çıxaracağını bilirsiniz, bəlkə də, unutmuş olanlar üçün təkrar edə bilərəm. Bu, fəlakətli nəticələrə, nüvə dövlətlərinin birbaşa toqquşmasına gətirib çıxaracaq. Əgər Fransa Baş Qərargahında belə bir qaranlıq perspektiv nəzərə alınarsa, o zaman biz Beşinci Respublika xalqına başsağlığı veririk", - deyə rusiyalı diplomat qeyd edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Fransa Komor Adaları İttifaqının ərazi bütövlüyünü pozur"
- Zaxarova: "Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib"
- Zaxarova: "Rusiya Ukraynada Qərbin "sülhməramlıları"nın yerləşdirilməsinin qəti əleyhinədir"
- Rusiya XİN: "ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz"
- Zaxarova: "Makron reallıq hissini itirib"