Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir vəzifəsinə parlamentin əksəriyyəti tərəfindən irəli sürülmüş maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini dəstəkləyib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə RİA Novostiyə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Prezident müvafiq sərəncam imzalayıb”, - məlumatda deyilir.