ABŞ-da maşın oğurluğu edən qadın polis tərəfindən saxlanılan zaman hay-küy salıb.
“Daily Star” xəbər verir ki, o, məşhur müğənni Beyons olduğunu iddia edib.
Qadının eitrazlarına baxmayaraq polis onu bölməyə gətirib.
Orada 48 yaşlı qadının əsl adının Surena Henri olduğu ortaya çıxıb.
Qeyd etmək lazımdır ki, S.Henri maşın oğurluğu ilə yanaşı, kimliyini gizlətməkdə də ittiham olunur.