Meksikada böyük gücə və nüfuza malik olan təşkilatlanmış cinayət qruplaşmaları kasıb insanlara yemək paylayır.
“Universal” qəzeti xəbər verir ki, bunu ölkə Prezidenti Andres Manuel Lopes Obrador etiraf edib.
“Fürsətdən istifadə edərək bu qanunsuz qruplaşmaların üzvlərinə müraciət edirəm. Mən sizin necə qida payladığınızın şahidi oldum. Bu kömək etmir”, - deyə dövlət başçısı qeyd edib.
Prezident narkokartellərin üzvlərini cinayət əməllərindən çəkinməyə çağırıb.
Qeyd edək ki, ölkənin Quanahuato, Kolima, Miçoakan, Nayarit, Sakatekas, Tamaulipas və Xalisko ştatlarında insanlara yeməkləri “Xaliskonun yeni nəsli” və “Qolfo” narkokartelləri paylayıb.