Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 41 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.
Məlumata görə, insident federal magistralda baş verib.
Avtobusda 50 nəfər olub. Ən azı 10 sərnişin ağır yaralanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.