Meşədə yapışqan lentlə ağaca bağlanmış kişi meyiti aşkarlanıb. Onun üzərində işgəncə əlamətləri olub.
Lenta.ru-nun məlumatına görə, dəhşətli tapıntı Rusiyanın Tula vilayətində edilib.
Hadisə ilə bağlı artıq istintaqa başlanılıb. Faktla bağlı “qətl” maddəsi üzrə cinayət işi açılıb.
Məhkəmə-tibbi ekspertizası təyin olunub.
Xatırladaq ki, bir neçə gün öncə Yakutsk şəhərində meşə ərazisində kütləvi məzarlıq aşkarlanıb. Qeyri-qanuni məzarlıqda beş miqrantın cəsədi tapılıb.