İranın şimal-şərqindəki Məşhəd şəhərində yerləşən İmam Rza məscidinin günbəzi üzərində ölkənin mərhum ali ləhbəri Əli Xameneinin öldürülməsindən sonra qara matəm bayrağı qaldırılıb.
Oxu.Az xəbər verir ki, müvafiq kadrları "Tasnim" agentliyi yayımlayıb.
*İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
Qeyd edək ki, İranın ali lideri Əli Xamenei fevralın 28-də səhər erkən saatlarda ABŞ və İsrailin raket hücumu nəticəsində həlak olub. O, həmin vaxt öz ofisində olub.