Məşhur ABŞ-li repçi Lil Pump (əsl adı Qazzi Fabio Qarsiya) Ukraynanın "Mirotvorets" bazasına daxil edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiyaya səfər edən və müğənni MARGO ilə birlikdə çıxış edən sənətçi Rusiyanı açıq şəkildə dəstəkləməkdə ittiham olunur.
Lil Pumpın avqustun 20-də Moskvaya gəldiyi və avqustun 22-də ilk solo konsertinin planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən "Mirotvorets" saytı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia olunan şəxslər haqqında məlumatları dərc edir.
Qaynar xətt:
(055) 224 12 12