Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Minskdə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının iştirakı ilə iclas keçirilib
Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclası baş tutub.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, iclasda transsərhəd cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib.
İclas zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində sərhəd xidmətləri arasında əməkdaşlıq və informasiya mübadiləsi barədə razılığa gəliblər.
Görüş zamanı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
"Minsk" teqi üzrə xəbərlər
- Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər
- Zəfər Günü münasibətilə Minskdə Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib
- Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub
- Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Ən çox oxunanlar