Monteneqroda güclü meşə yanğınları yaşayış məntəqələrinə çatıb. Ən ağır vəziyyət Podqoritsa və Nikşiç şəhərlərində, həmçinin sahil rayonları olan Çan və Bulyaritsada qeydə alınıb.
Oxu.Az bu barədə "Danas" qəzetinə istinadla xəbər verir.
Bildirilib ki, Podqoritsada alov şəhərin üç tərəfindən yaşayış evlərinə çatıb, burada sakinlər təxliyə ediliblər. Bir neçə nəfər xəsarət alıb.
Yanğın şəhərə əhəmiyyətli maddi ziyan vurub, Monteneqro paytaxtının bir sıra rayonlarında su və elektrik təchizatında fasilələr yaranıb.
O da vurğulanıb ki, güclü külək və yüksək temperatur yanğınlarla mübarizəni çətinləşdirir.