Bu gün saat 13:30-da 28 May Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan 120 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JO-223 dövlət qeydiyyat nişanlı avtobus ilə 1 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JS-291 dövlət qeydiyyat nişanlı avtobus toqquşublar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.

Məlumatda qeyd olunub ki, ilkin araşdırmaya əsasən, hadisəyə 1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün dönmə əməliyyatı zamanı düzgün manevr etməməsi səbəb olub:
"Qəza nəticəsində xəsarət alan olmayıb, avtobusların hərəkət qrafiki qısa müddətdə bərpa olunub".
Metronun "28 May" stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 1 və 120 nömrəli "BakuBus" avtobusları dönmə əməliyyatını düz etmədikləri üçün toqquşublar.
Nəticədə avtobuslara zərər dəyib, hər ikisinin şüşələri qırılıb.

Məhərrəm Əliyev