Somalinin paytaxtı Moqadişida törədilən partlayış nəticəsində 6 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, intiharçı-terrorçu yerli administrasiya binasında özünü partladıb.
Ölənlər arasında rayon və regional administrasiyanın vəzifəli şəxsləri də var. Şəhər meri Əbdurəhman O.Osman yaralananlar arasındadır.
Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.