Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moskva vilayətində generalın ölümü ilə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Moskva vilayətində Rusiya Silahlı Qüvvələrinin generalı Yaroslav Moskalikin həlak olduğu partlayış anının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, kadrlar "Readovka" "Telegram" kanalında dərc olunub.
Videoda Balaşixada baş verən partlayış anı əks olunub. Görüntülərdə "Volkswagen Golf" markalı avtomobildə yerləşdirilmiş partlayıcının generalın yaxınlaşdığı anda işə düşdüyü açıq şəkildə görünür.
İstintaq Komitəsinin məlumatına görə, avtomobildə zədələyici elementlərlə təchiz edilmiş qurğu partlayıb.
Mənbənin bildirdiyinə görə, avtomobilin əvvəlki sahibi nəqliyyat vasitəsini yanvar ayında qeydiyyatdan çıxarıb. 2000-ci il istehsalı olan bu "Golf" təxminən 18 il istismar olunub. Ehtimallara əsasən, yeni sahibi avtomobili qeydiyyata almayıb - görünür, o, nəqliyyat vasitəsini məhz terror aktı məqsədilə əldə edib.
Balaşixada avtomobil partlayışında həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Mövcud məlumatlara görə, partlayış zədələyici elementlərlə doldurulmuş özəl hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib", - deyə o bildirib.
Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində bir hərbi qulluqçu həlak olub.
Oxu.Az bu barədə "BAZA" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, həlak olan şəxs Rusiya Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalikdir. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Hadisə generalın park edilmiş "Volkswagen Golf" markalı avtomobilin yanından keçdiyi anda baş verib. Maşına quraşdırılmış bomba partlayaraq, onu bir neçə metr məsafəyə atıb.
Qeyd edək ki, general Moskalik 2021-ci ildə Əsas Əməliyyat İdarəsi rəisinin müavini təyin olunmuşdu.
