Moskvada FTX əməkdaşlarına atəş açan şəxs saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Bundan əlavə Bolşaya Lubyanka küçəsində hərəkət bərpa olunub.
20:27
Moskvadakı terror aktında bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralıdı.
Lenta.ru xəbər verir ki, onların FTX əməkdaşları olması ehtimal olunur.
Hadisə yerindən qaçan cinayətkar yaxındakı binalardan birində gizlənib.
Onun ələ keçirilməsi ilə bağlı əməliyyat davam etdirilir.