Qlobal bazarda neft kəskin bahalaşmadan sonra yenidən ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:10-da Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.74 dollar (0.78%) ucuzlaşaraq bir barel üçün 94.24 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.86 dollar (4.2%) bahalaşaraq bir barel üçün 94.98 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.87 dollar (0.94%) ucuzlaşaraq bir barel üçün 91.29 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 4.80 dollar (5.5%) bahalaşaraq bir barel üçün 92.16 dollara çatmışdı.