Niderlandın şimalında yerləşən Qroninqen vilayətində 3.4 maqnituda gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə iz.ru məlumat yayıb.
Niderlandın Kral Meteorologiya İnstitutuna (KNMI) istinadən verdiyi məlumata görə, bu, ölkə tarixində ən güclü zəlzələlərdən biri olub.
KNMI-dən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 1:16-da (Bakı vaxtı ilə 4:16 - red.) qeydə alınıb. Zəlzələnin episentri təxminən 3 km dərinlikdə Zeereyp yaşayış məntəqəsinin ərazisində yerləşib. Səhər təxminən saat 6:39-da (Bakı vaxtı ilə 9:39 - red.) 2.0 maqnitudalı afterşok qeydə alınıb. Mümkün zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Regional "RTV Noord" telekanalı qeyd edib ki, seysmik təkanların qeydiyyatı üçün xüsusi xidmətə yerli sakinlərdən "kəskin və qorxuducu zərbə" barədə yüzlərlə məlumat daxil olub.