Noyabrın 27-də "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi təkrar hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, hərraca təqdim olunan 2011-ci il buraxılışlı "Toyota Land Cruiser" nəqliyyat vasitəsidir.
Avtomobilin start qiyməti 33 min 600 manatdır.
Siyahıda qeyd olunan nəqliyyat vasitəsi üçüncü dəfə hərraca çıxarılır və qiymət əvvəlki satış dəyərindən 30% aşağı müəyyən edilib.