Çin geoloqları Lyaonin əyalətində ölkənin ən böyük qızıl yatağını aşkar ediblər. Hesablamalara görə, yataqda 1.44 min aşağı əyarlı qızıl ehtiyatı var.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Nazirliyin "WeChat" sosial şəbəkəsindəki hesabında bildirilir ki, Dadunqou mədənində qızılın konsentrasiyası bir ton üçün orta hesabla 0.56 qramdır. Uzunluğu 3.1 min kilometrdən çox olan filiz kütləsi 115 metrdən 913 metrə qədər dərinlikdə yerləşir, onun orta qalınlığı 263 metrə, maksimum qalınlığı isə 513 metrə çatır.
Bəyanatda vurğulanır ki, bu layihənin həyata keçirilməsi Çinin strateji qızıl ehtiyatlarını artırmağa imkan verəcək və Lyaonin əyalətində dünya səviyyəli qızıl hasilatı bazasının yaradılmasında böyük rol oynayacaq.