Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Norveç dənizində güclü zəlzələ baş verib
Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb. Zəlzələ İslandiyanın paytaxtı Reykyavikdən 977 km şimal-şərqdə baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər yayıb.
Bildirilir ki, zəlzələnin episentri Norveçin Yan-Mayen adasından təxminən 8.5 km şimalda olub.
Episentrdə zəlzələnin intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 bal olaraq qiymətləndirib. Xidmətin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
"Norveç" teqi üzrə xəbərlər
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Norveçdə NATO-nun təlimləri ziyansız ötüşmədi: 200-dən çox şikayət var
- Stoltenberq Norveçin maliyyə naziri təyin edilib
- Elektrikli avtomobillərə tam şəkildə keçə biləcək ilk ölkənin adı açıqlandı
- Norveçdə yüzlərlə maral eyni anda öldü - Səbəb təəccübləndirdi
Ən çox oxunanlar