Dünya on il, hətta beş il əvvəlki planet deyil. Bu gün dəyişən geosiyasi vəziyyət, müharibələr və yeni güclərin yüksəlişi insanları gələcəyə daha diqqətlə baxmağa vadar edir.
Son zamanlar nüvə silahlarının yenidən gündəmə gəlməsi isə insanlıq üçün böyük təhlükə yaradıb.
Nüvə fəlakəti ssenarisi: Dağıdıcı güc və xilasolma şansları - VİDEO
Bəs nüvə partlayışı baş versə, bizi nə gözləyir? Nüvə silahlarının gücü və yaratdığı fəlakətlər barədə nə qədər məlumatımız var? İnsanların sağ qalma ehtimalı nə qədərdir?
Bu və digər suallara Baku TV-nin mövzu ilə əlaqədar hazırladığı araşdırmada aydınlıq gətirilib.