Birləşmiş Ərəb Əmirliklərindən kommersiya yükü partiyası daşıyan Hindistan gəmisi həddindən artıq yüklənməsi səbəbindən Omanın Calan Bani Buali əyaləti sahillərində batıb, bərənin 11 nəfərdən ibarət heyət üzvü xilas edilib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə Hindistanın milli NDTV telekanalı məlumat yayıb.
Yük gəmisi BƏƏ-nin Şarcə limanından 69 nəqliyyat vasitəsi, böyük təkər və mühərrik yağı partiyası, həmçinin qida məhsulları daşıyırmış.