Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel çıxışında ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı haqsız olaraq ittiham etdiyi üçün 75 min Türkiyə lirəsi (3400 manata yaxın - red.) təzminat ödəyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında məlumat verib.
"26.04.2022-ci il tarixində Çağlayan ədliyyəsi qarşısında etdiyi çıxışında cənab prezidentimizə haqsız ittihamlar səsləndirdiyi üçün CHP sədri Özgür Özel haqqında Ankara Regional Ədliyyə Məhkəməsinin 25-ci Mülki Kollegiyası tərəfindən 75 min TL mənəvi təzminat verilməsi barədə qəti qərar qəbul edilib", - deyə Hüseyn Aydın bildirib.
