Lahorda hakim Azhar Mahmud 23 yaşlı Azərbaycan vətəndaşı Diana Baqiyevaya təcavüz edilməsində şübhəli bilinən iki nəfər - Zain və Mohsin barəsində altı günlük həbs qərarı verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist İsrar Ahmed Rajpoot öz "X" hesabında məlumat verib.
Məlumata görə, daha əvvəl polis qrup halında təcavüzdə ittiham olunan hər iki təqsirləndirilən şəxsi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıb.
Bu səs-küylü insident təkcə Pakistanda deyil, həmçinin dünya ictimaiyyətində də geniş rezonans doğurub.
Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Baqiyeva Lahorda qrup halında təcavüzə məruz qalıb. Məlumata görə, o, Pakistanın nüfuzlu siyasi ailəsindən olan şəxsin keçmiş həyat yoldaşıdır.