Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanda terrorçu-kamikadze insanlara hücum edib: Ölənlər və yaralananlar var
Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin hücumu nəticəsində ən azı dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə Şimali Vəziristan vilayətində yerləşən Razmak yaşayış məntəqəsi yaxınlığında baş verib. Hücum edənin hədəfində bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından birinin əvvəllər Pakistan hakimiyyətinə təslim olmuş keçmiş səhra komandiri olub.
Kamikadze içərisində keçmiş səhra komandirinin olduğu avtomobilə hücum edib. Partlayış nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
"Pakistan" teqi üzrə xəbərlər
- Hindistan və Pakistan arasında yeni gərginlik: 24 saat vaxt verildi
- Pakistan ölən və yaralananların sayını açıqladı
- Pakistan ordusu: "Hindistana qarşı hərbi əməliyyat başa çatdı"
- Modi Pakistanla müharibə ilə bağlı xalqa müraciət etdi
- Hindistan və Pakistanın hərbi əməliyyat komandirləri atəşkəslə bağlı danışıqlar aparırlar
Ən çox oxunanlar