"Hindistanın növbəti 24-36 saat ərzində hərbi zərbə endirməyi planlaşdırmağına dair Pakistanda etibarlı kəşfiyyat məlumatları var".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın informasiya naziri Attaullah Tarar özünün sosial şəbəkə səhifəsində yazıb.
Nazir vurğulayıb ki, İslamabad belə hərəkətlərə sərt və qəti cavab verməyə hazırdır.
Pakistan has credible intelligence that India intends to launch a military strike within the next 24 to 36 hours using the Pahalgam incident as a false pretext. Any act of aggression will be met with a decisive response. India will be fully responsible for any serious…
— Attaullah Tarar (@TararAttaullah) April 29, 2025